Gənc futbolçularımız Bosniyalı həmyaşıdlarına uduzdu

21 yaşadək futbolçulardan ibarət milli komandamız təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama görüşünü keçirib. Rəşad Sadıqov komandası səfərdə Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb - 0:2.
Qeyd edək ki, yığmamız ilk yoxlama matçında Avropa çempionatının bürünc mükafatçısı Ukraynaya məğlub olub - 0:1.


19 noyabr

Yoxlama görüşü

16:00. Bosniya və Herseqovina – Azərbaycan - 2:0
Qol: Mulahüseynoviç, 34, Yuriç, 72

Bütün xəbərlər Facebook səhifəmizdə