"Real" Edison Kavanini transfer edə bilər

"Real" PSJ və Uruqvay yığmasının hücumçusu Edison Kavanini komandaya cəlb etmək variantını nəzərdən keçirir. SİA-nın məlumatına görə, 31 yaşlı forvard hazırkı mövsümdə Fransa çempionatında 8 qol vurub və 8 matçda məhsuldar ötürmə verib.

Edisonla "Napoli" klubu da maraqlanır. Uruqvaylı futbolçu 2010-2013-cü illərdə sözügedən komandada çıxış edib.

Xatırladaq ki, Kavani 2013-cü ildən Fransa PSJ-sinin şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...