"Keşlə" “Qaradağ Lökbatan”ı darmadağın edib

Milli komandaların yoxlama oyunları ilə əlaqədar fasilədən istifadə edən “Keşlə” yoxlama matçı keçirib. SİA-nın məlumatına görə, sözügedən komanda Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

“ASK Arena”da baş tutan oyun 5:1 hesabı ilə “Keşlə”nin xeyrinə başa çatıb. Elita təmsilçisinin heyətində Samir Məsimov, Elmir Rəhimzadə, Andre Klennon, Tərlan Quliyev və Bahodir Nəsimov fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə