Azərbaycanın ən güclü karateçiləri müəyyənləşəcək

Noyabrın 23-dən 25-dək Bakı İdman Sarayında karate üzrə yeniyetmə və gənclər arasında XIX, böyüklər arasında XXVI Azərbaycan çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının açılış mərasimi noyabrın 23-də olacaq. Yarışlarda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcəklər.

Son imtahandan uğurla keçən məşqçilər və Əməkdar məşqçilər (yalnız bu il istisna olmaqla və qeydiyyat zamanı vəsiqəsini təqdim etmək şərti ilə) yarışda məşqçi kimi iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə