"Roma" Çingiz Ündərin transfer qiymətini açıqladı: 60 milyon avro!

"Roma" futbol klubu, bir çox Avropa nəhənginin maraq dairəsində olan Çingiz Ündərin transfer qiymətini müəyyənləşdirib. İtaliya klubu türk futbolçu üçün 60 milyon avro tələb edir. "Roma" 60 milyondan az heç bir təklifi qəbul etmək niyyətində deyil.

Qeyd edək ki, Çingiz Ündər 2017-ci ilin yayında "Başakşəhər"dən "Roma"ya 13,4 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 27 milyon avro qiymət qoyduğu 21 yaşlı forvard cari mövsümdə 14 rəsmi oyuna çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə