Millimizin rəqiblərinin oyununda 3 qol

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda 2-ci tura start verilib. İlk turda millimizi 4:1 hesabı ilə məğlub edən İsrail seçməsi 2-ci görüşünü də qələbə ilə başa vurub. Sözügedən komanda Lixtenşteyn üzərində 2:1 hesablı qalibiyyət əldə edib.
Bu nəticədən sonra xallarını 6-ya yüksəldən İsrail hazırda qrupda ilk pillədədir. Gürcüstan 3 xalla 2-cidir. Xalı olmayan millimiz isə 3-cü yerdə qərarlaşıb. Qeyd edək ki, günün ikinci matçında Gürcüstan və Azərbaycan milliləri qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə