"Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib

Türkiyə Superliqa təmsilçisi "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib. SİA-nın klubun saytına istinadən yaydığı xəbərə görə, Rıza Çalımbayın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Aykut Kocaman təyin edilb. Klub noyabrın 19-u türk mütəxəssisi ictimaiyyətə təqdim edəcək. Onunla 2 il yarımlıq müqavilə imzalanacaq.

Xatırladaq ki, Aykut Kocaman bundan əvvəl 2005-2006 və 2014-2017-ci illərdə "Konyaspor"u çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə