Dağıstanlı futbolçu taksi sürücüsünü qətlə yetirib

Rusiyada adı açıqlanmayan dağıstanlı futbolçu taksi sürücüsünü qətlə yetirməkdə və onun avtomobilini qaçırmaqda şübhəli bilinir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisəni Həştərxanın "Zvezda" komandasında baxışda olan oyunçu törədib. O, 78 yaşlı taksi sürücüsünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Oğurlanan "Fiat" markalı avtomobil 23 yaşlı idmançının yaşadığı Xasavyurt şəhərində aşkarlanıb.

Bildirilir ki, şübhəli şəxs Həştərxandan Komsomolskaya getmək üçün taksi sifariş verib. Buradan isə Xasavyurta avtobusla getməyi planlaşdırıb. Ancaq yolda taksi sürücüsünü qətlə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə