Avropa Liqasının Bakıdakı final oyunu üçün satış

Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək futbol üzrə Avropa Liqasının final oyununa UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb. AFFA-nın saytında yer alan məlumata görə, biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür. Bunun üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür: https://uelf.hospitality.uefa.com/home/

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə