UEFA "Qəbələ"yə 250 min avro ayırıb

UEFA "Qəbələ" İdman Klubuna daha 250 min avro ayırıb. AFFA-nın saytında yer alan məlumatda deyilir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasınının I mərhələsində iştirakına görə səyahət (travel and accommodation) xərci üçün nəzərdə tutulub. Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə "Qəbələ”nin hesabına köçürülüb. Qeyd edək ki, "Qəbələ" UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:1, 3:1.Bundan əvvəl UEFA "qırmızı-qaralar"a "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 507 579,57 avro ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə