Futbol üzrə UEFA Millətlər Liqasının 5-ci turunda keçirilən Xorvatiya - İspaniya oyunu (3:2) qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub. 32 yaşlı müdafiəçi bu görüşdə fərqlənərək karyerasının 100-cü qolunu vurub.
O, matçın 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bundan başqa, Ramos İspaniya yığması tarixində ardıcıl dördüncü matçda qol vuran ilk müdafiəçi olub. Qeyd edək ki İspaniya millisində ilk oyununu 2005-ci ildə keçirən Ramos 160 oyuna 16 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə