“Barselona”nın direktoru Neymarın transferindən danışdı

“Barselona”nın direktoru Pep Sequra klubun keçmiş futbolçusu Neymar haqda açıqlama verib. “Fanatik.com” saytının yazdığına görə, klub rəsmisi braziliyalı hücumçunun kluba qayıdışının gündəmdə olmadığını, ancaq bu keçidin gələcəkdə mümkün olduğunu deyib: “Daha əvvəl pulu seçib bizi tərk edən futbolçuların geri qayıtmayacağını demişdim. Bu hələ də keçərlidir. Lakin Neymar məsələsi fərqlidir. Hər hansı bir oyunçu ilə razılaşmamışıq. Neymar peşəkar futbolçudur. Mövcud şərtlərə görə, qarşımızdakı ən yaxşı fürsəti dəyərləndirmək məcburiyyətindəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə