WADA-nın 2019-cu il üçün büdcəsi 34,67 milyon dollar olacaq

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2019-cu il üçün büdcəsi 34,67 milyon dollar təşkil edəcək. SİA WADA-nın rəsmi saytına istinadla xəbər verir ki, qərar agentliyin Bakıda keçirilən Təsisçilər Şurasının iclasında təsdiq olunub. Qeyd edilir ki, yeni büdcə 2018-ci illə müqayisədə 8 faiz artırılır.

Cari ildə WADA-nın büdcəsi 32 milyon dollar təşkil edib. May ayında Təsisçilər Şurasının Monrealda keçirilən iclasında agentliyin büdcəsinin dörd il müddətində hər il 8 faiz artırılması qərara alınıb.

Ümumdünya Antidopinq Agentliyinin büdcəsi Beynəlxalq Olimpiya Komitəsinin və üzv ölkələrin hökumətlərinin üzvlük haqları hesabına formalaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə