UEFA-nın ayırdığı maliyyə Azərbaycan klublarının hesabına köçürülüb

2016/2017-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına maliyyə vəsaiti köçürülüb. SİA-nın məlumatına görə, UEFA tərəfindən “Zirə”, “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Neftçi”, “Kəpəz” və “Qəbələ” klublarının hesabına 507 min 579.57 avro əlavə olunub.

UEFA-dan ayrılan maliyyə vəsaiti klublara AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, "Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

UŞAQ FUTBOLU İLƏ BAĞLI AYRILMIŞ VƏSAİT

Zirə

507 579.57 avro

Keşlə

507 579.57 avro

Sumqayıt

507 579.57 avro

Səbail

507 579.57 avro

Neftçi

507 579.57 avro

Kəpəz

507 579.57 avro

Qəbələ

507 579.57 avro

Bütün xəbərlər Facebook səhifəmizdə