Əliyar Ağayev Danimarka - İrlandiya matçında

FİFA referisi Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb. SİA-nın məlumatına görə, noyabrın 19-da Aarhus şəhərindəki Ceres Park stadionunda keçiriləcək Danimarka - İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə