Paulo Dibala: "Kuboku qazanmaq üçün böyük şansımız var"

"Yuventus"un futbolçusu Paulo Dibala bu mövsüm Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. SİA-nın məlumatına görə, o Turin klubunu turnirin əsas favoritlərindən hesab edib: "Yuventus"un hədəfi hər zaman qalib olmaqdır. Kənardan bu mövsüm kuboku qazanmağı daha çox istədiyimizi düşünə bilərlər. Amma bizim hədəfimiz həmişə eyni olub. Bu mövsüm kuboku qazanmaq üçün böyük şansımız var. Ronaldonun gəlişi ilə bu şansımız bir qədər də artdı. Onunla birgə daha çox güclüyük. Ronaldo ilə bir-birimizi yaxşı başa düşürük".

Bütün xəbərlər Facebook səhifəmizdə