İrina Zaretska: "Dünya çempionu olmaq möhtəşəm hissdir"

Dünya çempionu olmaq böyük uğur və möhtəşəm hissdir. Bu uğura nail olmaq idmançıdan güc, hədsiz dözümlülük, yüksək peşəkarlıq tələb edir. Hər bir idmançı zirvədə olmağı arzulayır və bu baxımdan illərlə çəkdiyin zəhmətin bəhrəsini görmək çox xoşdur.

Bunu bir neçə gün əvvəl Madriddə keçirilən dünya çempionatında qızıl medal qazanan İrina Zaretska (68 kq) AZƏRTAC-a məxsusi müsahibəsində deyib. İrina Zaretska “Tokio-2020”yə lisenziya turnirlərinin davam etdiyini bildirərək, növbəti yarışlarda da yüksək nəticə qazanmağın vacib olduğunu bildirib: “Dünya çempionluğu ilə kifayətlənmək olmaz. Qarşıda bizi Olimpiya Oyunlarına lisenziya xalları verən turnirlər gözləyir. Növbəti sınaq Çində keçiriləcək Karate 1 Premyer Liqa turniri olacaq. Var-qüvvəmizi sərf edib potensialımızdan tam istifadə etməyə çalışacağıq. Tokio Olimpiadasında mübarizə aparmaq və maksimum nəticə qazanmaq hər bir idmançının arzusudur. Bunun üçün daha çox çalışmalı və nəticələrimizi yaxşılaşdırmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...