"Çelsi" Nqolo Kante ilə yeni müqavilə imzalayacaq

"Çelsi" futbolçusu Nqolo Kante ilə yeni müqavilə imzalamağa hazırlaşır. Britaniya mətbuatının yazdığına görə, tərəflər arasında artıq razılıq əldə olunub. Yaxın vaxtlarda bununla bağlı London klubunun açıqlama yayacağı gözlənilir. Qeyd edək ki, Kante ilə PSJ-nin maraqlandığı iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə