"Gələcəkdə məşqçi kimi işləməyi düşünürəm"

"Di Si Yunayted"in hücumçusu Ueyn Runi futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olmaq istəyir. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, "Mançester Yunyted"dəki sabiq komanda yoldaşları Maykl Kerrik və Rayan Qiqqz kimi məşqçiliyə başlamaq istəyir: "Bu, mənim üçün maraqlı olardı. Gələcəkdə məşqçi kimi işləməyi düşünürəm".

Qeyd edək ki, Runi karyerasını ABŞ-da başa vurmaq istədiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə