"Marca": Simeone "Atletiko" ilə müqaviləni yeniləyir

"Dieqo Simeone daha bir neçə il "Atletiko"nun sükanı arxasında olacaq." İspaniyanın nüfuzlu idman nəşri olan "Marca"nın iddiasına görə, argentinalı mütəxəssis Madrid təmsilçisi ilə müqaviləni yeniləyir. Artıq tərəflərin bununla bağlı razılığa gəldiyi bildirilib. Anlaşmanın müddəti açıqlanmasa da, Simeonenin bundan sonra klubda ən çox qazanan şəxs olacağı vurğulanıb. Qeyd edək ki, Simeonenin hazırkı müqaviləsinin müddəti 2020-ci ilin yayına qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə