Meksika millisinin yeni baş məşqçisi müəyyənləşib

"Atalanta Yunayted" futbol klubunun baş məşqçisi Xerardo Martino iş yerini dəyişib. SİA-nın məlumatına görə, argentinalı bundan sonra Meksika millisini çalışdıracaq. 55 yaşlı məşqçi ölkənin futbol federasiyası ilə dörd illik müqavilə imzalayıb.

İllik 8,8 milyon dollar məvacib alacaq. Martino bu il Amerika MLS -də ilin ən yaxşı məşqçisi seçilib. Çalışdırıcı əvvəllər "Barselona" klubunda, həmçinin Argentina və Paraqvay millisində işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə