Klaudio Ranyeri "Fulhem"i çalışdıracaq

Məşhur italiyalı məşqçi Klaudio Ranyeri "Fulhem" klubuna keçib. SİA-nın məlumatına görə, 12 turdan sonra Premyer Liqanın sonuncu pilləsində qərarlaşan "Fulhüm" Slavişa Yokanoviçi istefaya göndərərək yerinə Klaudio Ranyerini gətirib. Ranyeri açıqlamasında "Fulhem"i çalışdırmaqdan şad olduğunu bildirib: “Fulhem" kimi tarixi olan klubu çalışdırmaq mənim üçün fəxrdir. Hədəfimiz ancaq Premyer Liqada qalmaqdan ibarət olmalı deyil. Biz elə bir rəqib olmalıyıq ki, digər klublar biznən qarşılaşarkən asan rəqib olmadığımızı anlasınlar.

Qeyd edək ki, Klaudio Ranyeri əvvəllər "Napoli", "Atletiko Madrid", "Valensiya", "Yuventus", "İnter", "Lester Siti", "Çelsi" və "Monako" kimi məşhur klubları çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə