Bakıda WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası başlayıb

Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, WADA-nın prezidenti Kreyq Ridi, baş direktor Olivier Niggli, İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının üzvləri, rəsmilər və digər qonaqlar iştirak edirlər.

İclas zamanı ötən ilin hesabatı dinlənilir, eyni zamanda 2019-cu ilin noyabrında Polşada keçiriləcək İdmanda Dopinq Dünya Konfransına prezident və vitse-prezident vəzifələrinə seçim qaydaları müzakirə olunur.

Şura üzvləri diqqətlərini Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlara riayət edilməsi ilə bağlı məlumatlara yönəldirlər. Bunun ardınca, WADA-nın müstəqil normalara riayət edilməsi komitəsinin rəhbərlərinin çıxışları, riayətlərə əməl edilməsi istiqamətində qəbul edilmiş qərarlar haqqında yeni məlumatları dinlənilir.

Bununla yanaşı, mərasimdə WADA-nın daimi komitə sədrləri tərəfindən maliyyə, idmançılar, səhiyyə, tibb, araşdırma, təhsil və digər sahələrdə görülməkdə olan işlərə baxılacaq.

İclas bu gün öz işini yekunlaşdıracaq. Saat 15:30-da isə Kreyq Ridinin mətbuat konfransı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə