Daniel Starricə qarşı araşdırma başlanılıb

İngiltərə Futbol Assosiasiyası “Liverpul” klubunun hücumçusu Daniel Starricə qarşı araşdırmaya başlayıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb oyunçunun ötən ilin yanvar ayında “Vest Bromviç” klubuna keçməsi ilə bağlı başqa bir şəxsin vasitəsilə 5 min funt mərc qoymaq istəməsidir.

Lakin bukmeker əmsalın 66/1 olduğunu əsas gətirərək 30 funtdan artıq məbləği qəbul etməyəcəyini deyib. Tezliklə əmsal 5/2-dək azalıb, Starric də “Vest Bromviç”ə keçib. Assosiasiya ittihama cavab hazırlamaq üçün 20 noyabr tarixinədək oyunçuya möhlət verib.

Bütün xəbərlər Facebook səhifəmizdə