Cüneyt Çakır UEFA-dan növbəti təyinat alıb

Türkiyəli futbol hakimi Cüneyt Çakır UEFA-dan növbəti təyinat alıb. 42 yaşlı FIFA referisi İtaliya və ABŞ yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək.

Ona yan xətt hakimləri - Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək. Qeyd edək ki, UEFA İtaliya - ABŞ matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək. Qarşılaşmanın VAR hakimləri Halis Özkahya və Barış Şimşek olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə