Azərbaycan Kubokunun final oyunu hansı stadionda keçiriləcək?

2018/19 mövsümündə Azərbaycan Kubokunun final oyununu qəbul etməyə iki stadion namizəddir. SİA-nın xəbərinə görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O, həlledici oyunu Gəncə şəhər stadionunda keçirmək istədiklərini deyib. Alternativ variant kimi isə Tofiq Bəhramov adına Respublika stadionu düşünülür.

Qeyd edək ki, kubokda 8 Premyer Liqa, 4 birinci divizion klubu mübarizə aparacaq

Bütün xəbərlər Facebook səhifəmizdə