Premyer Liqaya gələn ildən qadın rəhbərlik edəcək

İngiltərə Premyer Liqasına gələn ildən qadın rəhbərlik edəcək. SİA-nın məlumatına görə, liqaya 19 il başçılıq edən Riçard Skademor ilin sonunda postundan ayrılacaq. Onun yerinə Syuzanna Dinneyc gətiriləcək. Xanım direktor 2019-cu ilin əvvəlindən vəzifəsinin icrasına başlayacaq.

Dinneyc 20 il televiziya sahəsində çalışıb. O, 2017-ci ildə Animal Planet şirkətinin prezidenti seçilib. Şirkət Diskovery strukturuna daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə