AFFA rəsmiləri U-19-un oyununu izləyəcək

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamızın Bakı vaxtı ilə saat 14:00-da, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda İsrail yığmasına qarşı keçirəcəyi oyunu izləmək üçün AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Gürcüstanda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə