U-19 bu gün mübarizəyə başlayır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız saat 14:00-da, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında İsraildən olan həmyaşıdları ilə qarşılaşacaq. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Erik Lambrechts (Belçika)
Baş hakimin köməkçiləri: Karel De Rocker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Dördüncü hakim: Aleko Aprsiauri (Gürcüstan)

Bütün xəbərlər Facebook səhifəmizdə