"Udineze"nin yeni baş məşqçisi müəyyənləşib

"Udineze"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. SİA-nın məlumatına görə, komandanı bundan sonra Davide Nikola çalışdıracaq. O, bu vəzifədə Xulio Velaskesi əvəzləyib. Klub yeni çalışdırıcı ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, 12 turdan sonra ehtiyatında 9 xal olan "Udineze" 17-ci pillədə qərarlaşıb. Komanda son 7 oyunda cəmi 1 xal toplaya bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə