Qonzalo İquain 2 oyunluq cəzalanıb

İtaliyanın Milan futbol klubunun futbolçusu Qonzalo İquain 2 oyunluq cəzalanıb. "Football Italia" xəbər verir ki, buna 31 yaşlı hücumçunun İtaliya A Seriyasının XII turunda, doğma meydanda, "Yuventus"la matçda qırmızı vərəqə ilə cəzalanması səbəb olub.

Argentinalı forvard 83-cü dəqiqədə sarı vərəqə alıb. O, daha sonra qarşılaşmanın baş hakimi Paoli Mazzoleni ilə mübahisə etdikdən sonra ikinci sarı vərəqəni alıb və meydandan qovulub. Beləliklə, İquain "Parma" və "Latsio" ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə