Bersant Tselina Kosovo millisinin heyətindən çıxarıldı

Futbol üzrə Kosovo yığmasının UEFA Millətlər Liqasında Malta və Azərbaycanla oyunlar üçün açıqlanan heyətində dəyişiklik edilib. Kosovo Futbol Federasiyasının rəsmi saytında yer alan məlumatda deyilir ki, “Suonsi”nin yarımmüdafiəçisi Bersant Tselina heyətdən çıxarılıb. Buna səbəb 22 yaşlı futbolçunun zədələnməsidir. Tselinanı “Lütsern”in hücumçusu Şelkim Demasay əvəz edib. Qeyd edək ki, Kosovo noyabrın 17-də Malta ilə səfərdə, 20-də isə Azərbaycanla evdə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə