“Monako” rəhbərliyindən Anriyə dəstək: "O, yanğınsöndürən deyil"

“Monako”nun vitse-prezidenti Vadim Vasilyev komandanın yeni baş məçqçisi Tyerri Anriyə dəstək olub. Bu barədə Fransa mətbuatına açıqlama verən Vasilyev Anrinin qısa müddətdə komandanı inkişaf etdirməsinin mümkün olmadığını söyləyib: “Tyerri Anri bura uzun müddət çalışmaq üçün gəlib. O, yanğınsöndürən rolun oynaya bilməz. İndiyə qədər bu qədər zədəli futbolçumuz olmamışdı. İnanılmaz dərəcədə şanssız bir mərhələdəyik”.

Qeyd edək ki, Fransa klubu 42 yaşlı çalışdırıcının rəhbərliyi ilə son 6 matçda 4 məğlubiyyətlə üzləşib, 2 heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə