Azərbaycan Kubokunun püşkü atılacaq

Azərbaycan Kubokunda 2018/2019-cu il mövsümünün iştirakçı komandaları müəyyənləşdi. SİA-nın məlumatına görə, yarışda Topaz Premyer Liqasının 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” mübarizə aparacaq.

Püşkatma mərasimi 14 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 13:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə