Taekvondoçularımız Dağıstanda birinci olublar

Azərbaycan komandası Dağıstanda keçirilən taekvondo üzrə ümumrusiya açıq turnirində birinci yeri tutub. SİA-nın məlumatına görə, turnirdə Rusiya regionları ilə yanaşı, Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-ə yaxın idmançı iştirak edib. Ümumi komanda hesabında birinci yeri Azərbaycan taekvondoçuları tutublar. İkinci və üçüncü yerlərə müvafiq olaraq Mahaçqalanın “Qafqaz” və “Olimp” klubları layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə