TPL-in 11-ci turunda 4550 azarkeş qeydə alınıb

Topaz Premyer Liqasında 11-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə,i, turun ilk görüşü "Əlincə Arena"da debütant "Sabah"la "Səbail" arasında baş tutub. Qonaqların 4:0 hesablı qələbəsini stadionda 1000 nəfər izləyib.

"Bakcell Arena"da baş tutan "Neftçi" - "Zirə" matçında (2:2) 2500, "Bayıl Arena"da reallaşan "Sumqayıt" - "Keşlə" qarşılaşmasında (1:4) isə 250 azarkeş qeydə alınıb.

Turun mərkəzi oyunu Qəbələ şəhər stadionunda "Qəbələ" və "Qarabağ" arasında baş tutub. Ağdam klubunun 3:1 hesabı ilə qalib gəldiyi oyunu 800 fanat izləyib.

Beləliklə, 11-ci turda 4550 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1137,5 fanat deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə