Andrey Arşavin karyerasını bitirdi!

Futbol üzrə Rusiya millisinin sabiq üzvü Andrey Arşavin karyerasını bitirib. Bu barədə 37 yaşlı rusiyalı hücumçu Qazaxıtan mətbuatına açıqlamasında deyib. “Əlbəttə, istəyirəm ki, futbolda məşqçi kimi qalım. Ancaq daha əvvəl də dediyim kimi, bu, mənim üçün çətin olacaq” – deyə o, qeyd edib.

Qazaxıstan Premyer Liqasının 33-cü turunda "Şaxtyor"la (Karaqanda) keçiriləcək oyunda Arşavin üçün vida mərasimi təşkil edəcək. Ancaq o, cəzalı olduğundan bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Arşavin London “Arsenal”ı və “Kuban”da da oynayıb. O, Rusiya millisində 74 oyuna 17 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...