Aleksandr Çeferin UEFA prezidenti olmağa yeganə namizəddir

UEFA-nın hazırkı rəhbəri Aleksandr Çeferin qurumda keçiriləcək növbəti prezident seçkilərində tək namizəd olacaq. UEFA-nın saytında yer alan xəbərə görə, dünən başa çatan ərizə qəbulu müddəti ərzində təkcə A.Çeferin namizədliyini irəli sürüb. Qeyd edək ki, növbəti prezident seçkiləri 2019-cu il fevralın 7-i Romada UEFA-nın 43-cü Konqressində keçiriləcək.

Xatırladaq ki, A.Çeferin 2016-cı ilin sentyabrın UEFA-nın 7-ci prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə