Joze Mourinyo tərəfdarların təzyiqi ilə üzləşib

Çempionlar Liqasının 3-cü turunda öz meydanında "Yuventus"a 0:1 hesabı ilə uduzan "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo tərəfdarların təzyiqi ilə üzləşib. SİA-nın məlumatına görə, "Yuventus" fanatlarının söyüşlərinə 3 barmaq işarəsi ilə cavab verən portuqaliyalı İtaliya "İnter"i ilə etdiyi het-triki xatırladıb.

Xatırladaq ki, 2009/10 mövsümündə A seriyasının qalibi adını qazanmaqla yanaşı, İtaliya Kubokunu başı üzərinə qaldıran və Çempionlar Liqasında qalib olan Mourinyolu "İnter" "Yuventus"u kölgədə qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə