Azərbaycanlı qrossmeyster Hollandiyada keçirilən festivalın lideridir

Hollandiyanın Hoqeven şəhərində keçirilən 22-ci şahmat festivalının dörd turu geridə qalıb. Turnirdə 12 ölkədən 90 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysterləri Qədir Hüseynov və Eltac Səfərli iştirak edirlər.

Dörd turda 4 xal toplayan Qədir Hüseynov turnirdə liderlik edir. Yerli şahmatçılar Erik Van den Dul, Merijn Van Delft, Stefan Keypers, Royland Pryuyssers, Dmitri Kryakvin (Rusiya) və Bassem Amin (Misir) ondan yarım xal, səkkiz şahmatçı, o cümlədən Eltac Səfərli bir xal geri qalırlar.

Hollandiyada şahmat festivalı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə