Eden Hazardın "Real"a keçidi bu məşqçiyə görə alınmayacaq

"Çelsi"nin futbolçusu Eden Hazardın "Real"a mümkün keçidi gerçəkləşməyə bilər. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, Antonio Kontenin Madrid klubuna baş məşqçi təyin ediləcəyi təqdirdə, ola bilər. İtaliyalı mütəxəssisin sabiq klubu "Çelsi"də Hazardla münasibətləri yaxşı olmadığı üçün onun belçikalı yarımmüdafiəçini "Real"da görmək istəməyəcəyi yazılıb.

Qeyd edək ki, hazırkı baş məşqçisi Xulen Lopeteqini istefaya göndərməyə hazırlaşan "Real"ın A.Konte ilə danışıqlar apardığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə