Slovakiya yığmasında yeni baş məşqçi

Yan Kozak Slovakiyanın futbol üzrə yığma komandasının baş məşqçisi vəzifəsini tərk edəndən sonra həmin posta Çexiya yığmasının və “Bayer” komandasının keçmiş yarımmüdafiəçisi Pavel Qapal təyin edilib. SİA-nın məlumatına görə, Qapal ilə müqavilə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulub. Slovakiya yığması həmin turnirin final mərhələsinə keçəcəyi təqdirdə isə sazişin müddəti final mərhələsi başa çatana qədər uzadılacaq.

49 yaşlı mütəxəssis əvvəllər Çexiyanın və Slovakiyanın müxtəlif komandalarında, habelə Polşanın “Zaqlembe” klubunda çalışıb. 2008-2009-cu illərdə Çexiya yığmasının baş məşqçisinin köməkçisi olmuş Qapal 2015-2018-ci illərdə Slovakiyanın gənclərdən ibarət yığmasına rəhbərlik edib.

Millətlər Liqasının sonuncu matçında Çexiya komandasına uduzmuş Slovakiya yığması hazırda B1 qrupunun cədvəlində sonuncu yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...