"Qarabağ" - "Vorskla" matçında ictimai dayanacaq fəaliyyət göstərəcək

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də Bakı Olimpiya Stadionunda Ukraynanın “Vorskla” klubunu qəbul edəcək. SİA-nın məlumatına görə, bu matça rahat gediş-gəlişi təmin etmək üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Vorskla" matçı oktyabrın 25-də keçiriləcək və saat 20:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə