Ançelotti: "Ronaldonun "Yuventus"a keçidini səhv addım hesab edirəm"

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldonun "Yuventus"a keçidi barədə açıqlama verib. SİA-nın məlumatına görə, o,Ronaldonun "Yuventus"a keçidini səhv addım adlandırıb. "K.Ronaldonun A Seriyasına keçidi İtaliya futbolu üçün əlamətdər hadisədir. A seriyası uzun illər Maradona, Ziko, Zidan, Ronaldo, Kaka, Şevçenko, İbrahimoviç kimi superulduzların çıxış etdiyi liqa olub. Son illər İtaliya futbolunun superulduzu yox idi, Ronaldonun keçidi hər şeyi dəyişdi. Amma mən Ronaldonun sırf "Yuventus"a keçidini səhv addım hesab edirəm".

Xatırladaq ki, K.Ançelotti 2013-2015-ci illərdə "Real Madrid"də Kriştiano Ronaldonun baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə