U-17 bu gün mübarizəyə başlayır

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, futbolçularımız Albaniyanın Lishnija şəhərindəki Roza Haxhiu stadionunda Norveç yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşü idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Admir Şehoviç (Bosniya və Herseqovina)
Baş hakimin köməkçiləri: Sreten Udoviçiç (Bosniya və Herseqovina), Elis Pulaj (Albaniya)
Dördüncü hakim: Florian Lata (Albaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə