Yılmaz Vural “Fənərbaxça” rəhbərliyinə komik çağırış edib

Türkiyənin tanınmış futbol məşqçisi Yılmaz Vural “Fənərbaxça” klubunun rəhbərliyinə çağırış edib. “Report” xəbər verir ki, “TRT Spor”un “Spor Bahane” proqramında qonaq olan 65 yaşlı mütəxəssis fikirlərini komik şəkildə ifadə edib.

“Məşqçiliyə başlayanda 32, indi 65 yaşındayam. Hələ də danışıram. Bir eşidin də... Karsınız, nəsiniz? Nə olacaq, qardaşım? “Fənərbağça”da mən olsam, “Rizespor” udsa, sondan ikinci olacağam. Bundan aşağısı yoxdur. Gətirin də, bir baxaq. Adam illərdir bu qədər danışır. Sizin üçün maraqlı gəlmirəmmi?!” deyə o bildirib.

1986-cı ildə məşqçilik karyerasına başlayan Vural indiyə qədər vətənində 29 müxtəlif komandaya - “Malatyaspor”, “Antalyaspor”, “Samsunspor”, “Bursaspor”, “Karşıyaka”, “Adanaspor”, “Qaziantepspor”, “Əskişəhirspor”, “Sarıyer”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Konyaspor”, “Çanakkale Dardanelspor”, “Denizlispor”, “Diyarbakırspor”, “Çaykur Rizespor”, “Ankaragücü”, “Antalyaspor”, “Manisaspor”, “Kocaelispor”, “Kasımpaşa”, “Sakaryaspor”, “Elazığspor”, “Mersin İdman Yurdu”, “Osmanlıspor”, “Kardemir Karabükspor”, “Adana Demirspor”, “Göztepe” və “Giresunspor”a rəhbərlik edib. O, dəfələrlə “Fənərbağça”, “Beşiktaş” və ya “Qalatasaray”da çalışmaq istədiyini söyləyib.

Qeyd edək ki, “Fənərbağça” Türkiyə Super Liqasının geridə qalan 9 turundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb və hazırda hollandiyalı baş məşqçi Filip Kokunun istefası gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...