"Neftçi" - "Qarabağ" oyunu "El-Klassiko"dan tez başlayacaq

Topaz Premyer Liqada 9-cu turun oyunlarının vaxtı müəyyənləşib. "CBC Sport" telekanalının rəsmi Feysbuk səhifəsində yer alan xəbərə görə, oktyabrın 27-də start götürəcək turun ilk oyununda "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.
Oktyabrın 28-də isə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Matç saat 15:00-da başlayacaq. Turun mərkəzi qarşılaşması hesab edilən "Neftçi" - "Qarabağ" matçı isə saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması "El-Klassiko"nun - "Barselona" - "Real" derbisibin saat 19:15-də "CBC Sport"da canlı yayımlanması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...