İbrahimoviç Avropaya qayıdır?

“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviç Avropaya qayıda bilər. Bu barədə İspaniyanın "Cadena Cope" radiosu xəbər yayıb. "Real"ın 37 yaşlı futbolçunu heyətinə cəlb etmək istədiyi bildirilir. Madrid klubu yanvarda isveçli forvardla müqavilə bağlamaq niyyətindədir.
Qeyd edək ki, bu mövsüm MLS-də 26 oyuna 22 qol vuran Zlatanı "Milan"ın da transfer etmək istədiyi haqda xəbərlər yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...