Karateçilərimiz təlim-məşq toplanışına yollanıblar

Noyabrın 5-11-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək 24-cü dünya çempionatına hazırlıqları davam etdirən karate üzrə milli komandamız Şamaxıya təlim-məşq toplanışına yola düşüb. Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında hazırlıqlara 15 idmançı cəlb olunub.

Şamaxı Olimpiya İdman kompleksində son məşqlərdə Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov, Pənah Abdullayev (ikisi də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Murad Hacızadə (üçü də +84 kq), Roman Heydərov (kata), Sahib Əhədov (para-karate), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.

Karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək. Milli komanda noyabrın 3-də dünya çempionatına yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...