"Qarabağ"a texniki məğlubiyyət veriləcək?

Topaz Premyer Liqanın 8-ci turunda dünən “Səbail”lə qarşılaşan "Qarabağ"a texniki məğlubiyyət verilə bilər. Qol.az-ın məlumatına görə, buna səbəb Ağdam klubunun oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır.

Matçın protokolunda Abbas Hüseynovun adı göstərilməsə də, o, 2-ci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxıb. Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə